Çin Prezidenti Si Cinpinin Qırğızıstanın paytaxtı Bişkekə səfəri zamanı maraqlı anlar yaşanıb. Çin liderini yaxından görüntüləməyə çalışan fotoqraf Si Cinpinin mühafizəçiləri tərəfindən ərazidən uzaqlaşdırılıb.

Hadisə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən toplantısı zamanı baş verib.

Qırğızıstan Prezidenti Sadır Caparovun ev sahibliyi etdiyi sammitdə İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Çin Prezidenti Şi Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi iştirak edib.

Liderlərin qarşılanmasından sonra birgə ailə fotosu çəkdirilib və dövlət başçıları toplantının keçiriləcəyi zala keçiblər. Daha sonra Çin liderini yaxından çəkməyə çalışan fotoqrafa mühafizəçilər müdaxilə edib.

Si Cinpinin ətrafındakı xüsusi mühafizəçilər fotoqrafı ərazidən uzaqlaşdırıblar. Hadisənin görüntüləri kameralara düşüb və daha sonra sosial şəbəkələrdə yayılıb.

Görüntülərin Rusiya mediasında yayımlanmasından sonra hadisə qısa müddətdə beynəlxalq mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

"AzPolitika.info"