Menu

Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxıb? - Araşdırma başladı

01.09.2026, 15:36
Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxıb? - Araşdırma başladı

Sosial şəbəkələrdə 1 həftə müddət ərzində bağçaya gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

"AzPolitika" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol