ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)  rəsmi "X" hesabında açıqlayıb ki, bu gün ABŞ qüvvələri İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/IRGC) hədəflərinə zərbələr endirməyə başlayıb.

"AzPolitika" komandanlığın məlumatına istinadla xəbər verir ki, zərbələr SEPAH-ın son dövrdə Hörmüz boğazında kommersiya gəmiçiliyinə qarşı cəhdləri və bölgədə yerləşən ABŞ hərbçilərinə qarşı hücum cəhdlərindən sonra həyata keçirilir.

Bu, son həftələrdə Hörmüz boğazı ətrafında gərginliyin yenidən artmasından sonra gələn yeni hərbi əməliyyatdır. CENTCOM eyni zamanda boğazda ABŞ-nin tətbiq etdiyi blokadanın davam etdiyini və 1 sentyabr tarixinə kimi 84 kommersiya gəmisinin yönləndirildiyini, 3 gəminin sıradan çıxarıldığını və 2 gəminin yoxlanıldığını bildirib.

İran mediası isə Qəşm adası, Bəndər Abbas, Çabahar və digər cənub bölgələrində partlayış səslərinin eşidildiyini yazıb.

Hadisələr Hörmüz boğazı vasitəsilə dünya neft və ticarət axınının təhlükəsizliyi ilə bağlı uzunmüddətli gərginlik fonunda baş verir.