Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qoyulan yol nişanı sürücülər üçün problem yaradır. Onlar nişanı döndükdən sonra gördüklərinə görə bu onların cərimələnməsi ilə nəticələnir.
“AzPolitika” xəbər verir ki, İTV bu problemlə bağlı süjet hazırlayıb.
Bildirilib ki, bu səbəbdən cərimələnənlərdən biri də sürücü Vüsal Yaqubovdur. Onun sözlərinə görə, cərimə ilə üzləşəndən sonra həmin ünvana qayıdıb. Lakin nişanı tapa bilməkdə çətinliklə üzləşib: “Hər gün bu yoldan istifadə edirəm. Sola baxıb, oradan gələn avtomobillərə yol verib sonra sağa dönürəm və yoluma davam edirəm. Sağ tərəfdə indiyə qədər nə yerdə, nə də yuxarıda avtobus zolağına dair nişan olub”.
Həmin yoldan mütəmadi istifadə edən digər sürücülər bildirirlər ki, nişan olsa da onu vaxtında görmək mümkün deyil. Onların sözlərinə görə, nişan təzə qoyulub və o olmadan da sürücüləri cərimələyiblər.
Mütəxəssislərin fikrincə, yol nişanı sürücünün görmə bucağında yerləşməli və ona qərar vermək üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ ilə bağlı AYNA-ya müraciət olunsa da, hər hansı münasibət bildirilməyəcəyi deyilib.
Daha ətraflı videomaterialda:

Şərhlər