Menu

Bakıda qəza: "Changan" yük maşınına çırpıldı - VİDEO

03.09.2026, 12:53
Bakıda qəza: "Changan" yük maşınına çırpıldı - VİDEO

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Aysu Nurəliyevanın idarə etdiyi 10-YJ-316 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil Kamal İsgəndərovun sükanı arxasında olduğu IZUSU markalı 77-JF-669 dövlət nömrəli yük maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol