Menu

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı artıb

03.09.2026, 21:37
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı artıb

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

"Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb", - o bildirib.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol