Menu

Bakıda avtomobil ağaca çırpıldı - Ölən var

04.09.2026, 10:59
Bakıda avtomobil ağaca çırpıldı - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Tehran İlham oğlu Seyidov idarə etdiyi "Renault Megane" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində sərnişin 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol