Menu

Bu xəstəxanaya yeni direktor təyin edildi

04.09.2026, 21:22
Bu xəstəxanaya yeni direktor təyin edildi

Salyan rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"AzPolitika" xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Anar Bayramovun müvafiq əmri ilə Təranə Axundova Salyan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Təranə Axundova bundan əvvəl Salyan Mərkəzi Xəstəxanasında fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorun vəzifəsinin icrasına yaxın günlərdə başlayacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol