İran Silahlı Qüvvələri son hərbi münaqişələr zamanı yeni hava hücumundan müdafiə sistemləri hazırlayıb, istehsal edib və yerləşdirib.
"AzPolitika" xəbər verir ki, bunu İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Elhami bildirib .
Tehranda çıxış edən Elhami qeyd edib ki, İran hava hücumundan müdafiə sisteminin döyüş hazırlığını artırmaq üçün tam olaraq öz imkanlarına güvənir.
General bildirib ki,İran ordusu düşmən təyyarələrini uğurla məhv edib.
Onun sözlərinə görə, düşmənin qabaqcıl texnologiyası onun təyyarələrini İran hava hücumundan müdafiə sistemlərindən qoruya bilmir.
Elhami həmçinin bildirib ki, İran hava hücumundan müdafiə silahlarının istehsalı və təchizatında tamamilə müstəqildir. Onun sözlərinə görə, İran hərbi alimləri, müdafiə şirkətləri, universitetlər və texnologiya şirkətləri hərbi sistemlərin hazırlanmasında iştirak edirlər.
Onun fikrincə, İranın milli dayanıqlığının və hərbi qüdrəti qətiyyətli liderlik, xalqın dəstəyi və tamamilə yerli silahlara əsaslanır.

Şərhlər