Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Yevlax şəhərində vətəndaşları qəbul edib.
“AzPolitika” qurumun yaydığı məlumata istinadla xəbər verir ki, qəbul zamanı vətəndaşların icbari tibbi sığorta, əlilliyin qiymətləndirilməsi, eləcə də çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub. Vətəndaşların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
“AzPolitika.info”

Şərhlər