Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.
"AzPolotika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.
Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır.
Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.
Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.


Şərhlər
Qiyməti bir az da endirin, elə özünə satın, o nazir təyin olunanda rayonlarln baş həkimlərini (əlillik təyin edən komissiyaların) yığıb zala bir-bir otağdan qovurdu, guya yaxşı işləmədiklərinə görə, sonra da hərəsindən filan qədər alıb işlərinə bərpa edirdi... Onun elə bir vaxtı olub ki, ailəsiynən İqtisad institutunun yataqxanasında qalırdı. Nə isə...
El deyisir)))).yeqin Kimin ucuunse asagi saliblarki menimsesin)))