Menu

Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır

29.10.2026, 20:34
Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ərazi məsələləri də daxil olmaqla, ən mürəkkəb mövzuları müzakirə etməyə hazırdır.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib.

Onun sözlərinə görə, iki ölkə liderinin birbaşa görüşü sülh danışıqlarına yeni təkan verə bilər.

Nazir qeyd edib ki, Kiyev Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüşün keçirilməsinə hazırdır.

Sibiqa mümkün danışıqların nəticələri arasında hərbi əsirlərin mübadiləsini və ukraynalı uşaqların geri qaytarılmasını da qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol