Menu

İranda neft tanker partlayıb - On nəfər ölüb

05.09.2026, 21:13
İranda neft tanker partlayıb - On nəfər ölüb

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.

"Report" IRIB-yə istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.

Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol