Menu

Hindistanın Bihar ştatındakı daşqınlar 1,685 milyondan çox insana zərər vurub

06.09.2026, 14:08
Hindistanın Bihar ştatındakı daşqınlar 1,685 milyondan çox insana zərər vurub

Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 1,685 milyondan çox insan zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə "The National Hеrald" yazıb.

Rəsmi məlumatlara görə, ştatın 11 dairəsində daşqınlar və sellər qeydə alınıb. Yerli administrasiya 1 158 qayıq, eləcə də fövqəladə hallara müdaxilə üzrə 34 qrup cəlb edərək axtarış-xilasetmə əməliyyatlarını aktivləşdirib. Zərərçəkmiş dairələrdə yardımın göstərilməsi səyləri çərçivəsində hazırda 80 qidalanma məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, 326 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.

Hakimiyyət orqanları gələcək subasma ehtimalını nəzərə alaraq hazırlıq tədbirlərini gücləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol