ABŞ nümayəndə heyətinin Ukraynanın paytaxtı Kiyevə budəfəki səfəri vacibdir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu avqustun 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ nümayəndə heyətini - Stiv Uitkoff və Cared Kuşneri qarşılayan zaman jurnalistlər ilə söhbətində bildirib.
"Prezident Trampa təşəkkür edirik ki, onlara gəlməyə icazə verib. Təhlükəsizlik baxımından bizim üçün bu, vacibdir", - Ukrayna Prezidenti bildirib.
Onun sözlərinə görə, Rusiyanın son hücumları ABŞ nümayəndə heyətinin Kiyevə təyyarə ilə enişinin mümkünsüz olduğunu göstərib:
"Təyyarədən istifadə edə bilməzlər. Halbuki biz hər şeyi hazırlamışdıq, hava limanlarımız işləyir. Düşünürəm ki, bu gün sizinlə çox geniş ünsiyyət qurmaq imkanımız olacaq və danışıqların böyük raundu gözlənilir, sonra avropalı tərəfdaşlarımızla onlayn müzakirələr aparılacaq".

Şərhlər