Menu

KƏMALƏDDİN HEYDƏROVDAN YENİ TƏYİNATLAR - Onları vəzifəyə təyin etdi + FOTOLAR

06.09.2026, 23:41
KƏMALƏDDİN HEYDƏROVDAN YENİ TƏYİNATLAR - Onları vəzifəyə təyin etdi + FOTOLAR

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib.

“AzPolitika” Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.

B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.

Fotoda: Bəxtiyar Tağıyev

Fotoda: İsmayıl Nəsirov

Şərhlər

Eli 2026-09-07 11:23:56

Göresen bu insan teyinat vermekden yorulmadımı ,niye gedib istirahet etmir bu insan yeni niye pensiyaya çıxmır yeqin rehmetlik..Allah kömeyi olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol