Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb.

"Report"un "Press TV"yə istinadən xəbərinə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

O bildirib ki, İran ordusu boğazdan keçməyə çalışan Amerika gəmilərinə atəş açır, lakin ətraf mühitə ziyan vurmamaq üçün onları batırmır.

"İran Amerikanın qaçaqmalçı gəmilərini batırmamaq qərarına gəlib, çünki onlar neft daşıyırlar və bu, regiona ekoloji ziyan vuracaq", - Rezai bildirib.

Daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən ABŞ-nin dörd aydır, Hörmüz boğazında gizli mina təmizləmə əməliyyatı apardığını bildirib. Əməliyyata xüsusi təyinatlı dalğıclar, robot qayıqlar və ixtisaslaşmış sualtı sualtı aparatlar cəlb edilib.