İran ordusu 48 saat əvvəl ABŞ təyyarədaşıyan gəmisinə qarşı yeni raketini ilk dəfə sınaqdan keçirib.

"AzPolitika" xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezai bildirib.

Rezai bildirib ki, Fars körfəzinə giriş və çıxışın idarə olunması üçün Oman ilə beynəlxalq koridor barədə razılığa gəlinib:

"Hələlik gəmilərin batırılması ilə bağlı qəti qərar verilməyib, çünki Fars körfəzi və Hörmüz boğazındakı neft sızmaları İran üçün də problem yaradacaq. Lakin bölgədəki heç bir gəmi ərazini zədələnmədən tərk etməyəcək. ABŞ Donanmasının mühasirə xəttindən Fars körfəzinə və yüklərin daşındığı təyinat limanlarına qədər uzanan yeni qadağan olunmuş zona yaradılacaq. Bu, hərbi hücuma ehtiyac duyulmadan təsirli sanksiya aləti rolunu oynayacaq. Hörmüz boğazından keçmək istəyən və qaydanı pozan gəmilər, onların sahibləri və icarəçiləri qadağa siyahısına daxil ediləcək. Bu gəmilər sığorta problemləri və astronomik nəqliyyat xərcləri ilə üzləşəcək".

Daha əvvəl ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilab Keşikçiləri Korpusunun (IRGC) regional sularda patrul xidməti aparan iki Amerika hərbi gəmisinə ballistik raketlər atmasına cavab olaraq üç İran xam neft tankerinə zərbələr endirdiyini bildirmişdi.

CENTCOM bildirib ki, Amerika təyyarədaşıyan gəmisi və esminesi İranın bir neçə hücumundan uğurla yayına bilib. ABŞ hərbi qulluqçularından heç biri xəsarət almayıb.