Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək görüşdə Ermənistanda referendum keçirmək və respublikanın inkişaf yolunu seçmək imkanlarını müzakirə edəcəklər.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov mediaya açıqlamasında deyib.
"Bişkekdə Paşinyanla görüşdə ticarət və iqtisadi əməkdaşlıqla bağlı konkret məsələlər müəyyən edilib. Paşinyanın Moskvaya səfər etməsi barədə razılıq əldə olunub. Dövlət başçıları inkişaf yolunun seçilməsi, Ermənistanın istiqaməti və referendum keçirilməsi kimi əsas mövzuları müzakirə edəcəklər", - deyə Peskov bildirib.
O əlavə edib ki, Ermənistan baş nazirinin səfərinin dəqiq tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Xatırladaq ki, Rusiya rəhbərliyi dəfələrlə müxtəlif səviyyələrdə Ermənistanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə və bunun üçün əhali arasında referendum keçirməyə çağırıb.
“AzPolitika.info”


Şərhlər