Ultrasağçı Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel, partiyanın Saksoniya-Anhalt seçkilərində qələbəsindən sonra partiyasının dəstəyinin ölkə miqyasında artacağını gözləyir. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Onun sözlərinə görə, seçicilər Fridrix Mertsin Xristian Demokrat Birliyi partiyasına inamını itiriblər, çünki o, seçkilərdən əvvəl vədlər verir, sonra isə bu vədləri yerinə yetirmir.

Vaydel Saksoniya-Anhalt əyalət parlament seçkilərinin nəticələrini "tarixi qələbə" adlandırıb və iddia edib ki, hakim CDU/CSU bir daha Bundestaq seçkilərində qalib gəlməyəcək. O, sorğulardakı fərqin onsuz da ultrasağçıların xeyrinə çox böyük olduğunu və partiyasının dəstəyini ən azı 40%-ə çatdırmağı hədəflədiyini əlavə edib.

Son sorğular göstərir ki, AfD seçicilərin 28%-nin dəstəyinə malikdir. Almaniyada növbəti parlament seçkiləri isə hələ 2029-cu ilə planlaşdırılır.

Bu arada Saksoniya-Anhaltdakı qələbədən sonra yayımlanan reportajdakıl bir görüntü böyük qalmaqala səbəb olub. Belə ki, partiyanın fəallarından biri qələbəni bayram edərkən nasist salamına bənzər hərəkət edib. Reportajın aparıcısı gülərək ona irad tutub. Bundan sonra həmin şəxs əli ilə uzatdığı nasist salamını dayandırıb. Lakin buna baxmayaraq, həmin hərəkətin AfD-nin iç üzünü və gerçək ideologiyasını təcəssüm etdiyi barədə çoxsaylı şərhlər və partiyaya qarşı tənqidlər sələndirilir.

“AzPolitika.info”