Menu

Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq

08.09.2026, 15:33
Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq

2026-cı il 10 sentyabr tarixindən etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq.

"AzPolitika" xəbər verir ki, komissiya dərəcələri Birbank xidmətləri üzrə aşağıdakı əməliyyatlara şamil ediləcək:

Karta və hesaba mədaxil üzrə – əməliyyat məbləğinin 0,3%-i həcmində komissiya;

Kredit ödənişləri üzrə – 1 AZN məbləğində komissiya.

İstifadəçilərdən ödəniş əməliyyatlarını həyata keçirməzdən əvvəl yenilənmiş tarif şərtlərini nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, komissiya şərtlərinin tətbiqi yalnız Birbank xidmətləri üzrə müvafiq əməliyyatlara şamil olunur. Digər bank və xidmət ödənişləri üzrə mövcud komissiya dərəcələrində hər hansı dəyişiklik nəzərdə tutulmur.

Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol