Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüş Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), İsveçrədə və ya Türkiyədə keçirilə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mediaya açıqlama verib.
Ukrayna liderinin sözlərinə görə, görüşdə enerji, taxıl təchizatı və əsir mübadiləsi məsələləri müzakirə oluna bilər. Zelenski danışıqların konkret nəticələr verməli olduğunu qeyd edib.
O həmçinin Avropanın gələcək bütün danışıqlar formatlarında iştirak edəcəyini bildirib. Prezident qeyd edib ki, Avropa nümayəndələri Amerika nümayəndə heyəti ilə birlikdə Kiyevdə keçirilən son danışıqlarda artıq iştirak ediblər.
“AzPolitika.info”


Şərhlər