Menu

Eddi İsrafilov Azərbaycan millisində!

08.01.2015, 17:31
Eddi İsrafilov Azərbaycan millisində!

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov, nəhayət ki, Azərbaycan millisində oynamağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Az öncə başa çatan görüşdə tərəflər Eddi İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə edib. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol