İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı ilə 22:15) radələrində qeydə alınıb.
"Yerli mənbələr səsin dəniz istiqamətindən və "Qara daş" bölgəsi yaxınlığından eşidildiyini, partlayışın iki mərhələdə və qısa fasilə ilə baş verdiyini bildirirlər", - xəbərdə qeyd olunub.
Partlayışın təfərrüatları barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı ABŞ-nin hücum edəcəyi təqdirdə, sərt cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.


Şərhlər