Menu

"Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO

09.09.2026, 11:26
"Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"AzPolitika" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Klub braziliyalı hücumçu Karlos Eduardonu transfer edib. 24 yaşlı forvard Portuqaliyanın "Jil Visente" klubundan birillik icarəyə götürülüb.

Sabahdan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO

Müqavilədə "Sabah"ın futbolçunun transfer hüquqlarını əldə etməsinə imkan verən satınalma şərti də yer alıb.

Karlos Eduardo karyerası ərzində Braziliyanın "Bruske", Portuqaliyanın "Nasional" (U-19), "Maritimu"nun B və əsas komandaları, həmçinin "Felqeyraş"ın formasını geyinib.

Braziliyalı futbolçu 2020-ci ildə "Bruske"də çıxış edib. Daha sonra 2020-2021-ci illərdə "Nasional"ın U-19 komandasında, 2021-2024-cü illərdə "Maritimu"nun B və əsas komandalarında, 2024-2025-ci illərdə isə "Felqeyraş"da oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol