Menu

Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

09.09.2026, 12:18
Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasına imkan verəcək. Vəsaıt Aİ-nin "Ukraynaya Dəstək Krediti" proqramı çərçivəsində təmin edilir.

Ukrayna Müdafiə Nazirliyi qərarın xüsusilə payız-qış mövsümündə ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bəyan edib. Kiyev vurğulayır ki, "Patriot" raketləri xüsusilə Rusiyanın ballistik raketlərinə qarşı müdafiə üçün həyati vacibdir.

"Ukraynaya Dəstək Krediti" 2026–2027-ci illər üçün nəzərdə tutulmuş 90 milyard avroluq yardım paketidir və bunun 60 milyard avrosu birbaşa müdafiə ehtiyaclarına ayrılıb. Kiyev bu il sözügedən proqram çərçivəsində ümumilikdə 28,3 milyard avro almağı gözləyir.

Aİ-nin bu qərarı "Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupu"nun növbəti görüşündən sonra açıqlanıb. İclas zamanı NATO-nun Baş katibi Mark Rutte Ukraynaya hərbi yardımın mümkün qədər tez çatdırılmalı olduğunu bildirib və ləngimələrin insan tələfatına səbəb olduğunu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol