Menu

“Tərəflərin çox sərt qırmızı cizgiləri var, amma” - Rubio danışıqlara pessimist baxmır

09.09.2026, 12:23
“Tərəflərin çox sərt qırmızı cizgiləri var, amma” - Rubio danışıqlara pessimist baxmır

Kiyev və Moskvada keçirilən danışıqlar məzmunlu idi, çünki tərəflər yeni ideyalar irəli sürdülər və ilk dəfə olaraq müəyyən məsələlərdə müəyyən dərəcədə qarşılıqlı açıqlıq nümayiş etdirildi. 

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərin Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri barədə suallarını cavablandırarkən deyib.

"Həddindən artıq nikbin olmaq istəmirəm, amma eyni zamanda pessimist də deyiləm. İnanıram ki, yaxın bir neçə həftə ərzində danışıqların bərpası üçün yol xəritəsi hazırlamaq və bəlkə də hər iki tərəf üçün məqbul bir nəticəyə gəlmək üçün fürsət var. Hələ çox iş görülməlidir", - deyə Rubio qeyd edib.

Eyni zamanda, Rubio vurğulayıb ki, Ukrayna və Rusiyanın aydın "qırmızı cizgiləri" var və onlar indiyə qədər əhəmiyyətli güzəştlərə getmək istəmədiklərini nümayiş etdiriblər: "Tərəflərin çox sərt qırmızı cizgiləri var. Lakin həftəsonu həm Kiyevdə, həm də Moskvada əsaslı danışıqlar aparıldı və ümid edirəm ki, bu əsasda üçtərəfli danışıqların bərpası üçün yol aça bilərik".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol