Menu

Ukrayna Mahaçkalanı vurdu - Bu obyektlər hədəf alınıb + VİDEO

10.09.2026, 11:05
Ukrayna Mahaçkalanı vurdu - Bu obyektlər hədəf alınıb + VİDEO

Ötən gecə Ukrayna PUA-ları Dağıstandakı Mahaçkala şəhərini vurub. Şəhərdə güclü partlayışlar baş verib.

“AzPolitika” xəbər verir ki, sosial mediada şəhərin liman infrastruktur obyektlərinə zərbə endirildiyi və yanğınlar baş verdiyi barədə məlumatlar yayılıb.

Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin hücumu təsdiqləyib. Lakin dəyən ziyanın miqyasını açıqlamayıb və əhalini hücumla bağlı videolar paylaşmamağa çağırıb.

Partlayışlar barədə ilk məlumatlar 3:00 radələrində gəlməyə başlayıb. Telegram kanallarında Mahaçqala Ticarət Dəniz Limanının hücumun hədəflərindən biri olduğu barədə məlumatlar yayılıb. Sakinlər həmçinin Avar Teatrının yerləşdiyi Puşkin küçəsində partlayışlar barədə məlumat veriblər. Region rəhbərliyi daha sonra teatrda yanğın baş verdiyini təsdiqləyib.

Qeyd edək ki, Mahaçqala Ticarət Dəniz Limanı Rusiyanın Xəzər dənizində donmayan yeganə dərin su limanı olmaqla, Rusiya üçün böyük əhəmiyyət daşıyır. Liman il boyu fəaliyyət göstərir və bu ilin ilk səkkiz ayında 2,9 milyon tondan çox taxıl ixrac edərək tarixi rekord qırıb. Eyni dövrdə maye tərkibli yüklərin daşınması təxminən 1,83 milyon ton təşkil edib.

Əlavə edək ki, bundan öncə Ukrayna PUA-ları Rusiyanın Qara dənizdəki əsas limanı olan Novorossiyskə zərbələr endirib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol