Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə Baş konsul vəzifəsindən geri çağırılıb.
3 may 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycanın Baş konsulu vəzifəsinə təyin edilib.
2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.
Azərbaycanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Sultan Qasımova qarşı qaldırılan cinayət işi ilə bağlı bəzi maraqlı detallar ortaya çıxıb. Bu cinayət işi Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Araşdırma zamanı zərərçəkənlərə 200.000 manatdan çox ziyan dəydiyi və bu ziyanın bir hissəsinin istintaq zamanı ödənildiyi müəyyən edilib.
Müəyyən edilib ki, Sultan Qasımov Rusiyada yaşayan bir vətəndaşa hərracda onun üçün torpaq sahəsi alacağına, başqa bir zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə daşıyacağına söz verib.
Qeyd edək ki, Sultan Qasımov polis nəzarəti altına alınıb.


Şərhlər