ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb.
“AzPolitika” xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrətin əngəl törətdiyini bildirib.
Tramp sentyabrın 8-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını təsdiqləyib və bu söhbəti "əla" kimi qiymətləndirib: “O, sövdələşmə bağlamaq istəyir. Əgər Zelenski də razılaşma əldə etmək istəyirsə, bu, çox yaxşı olardı”.
Birləşmiş Ştatlar dövlət başçısı müharibəyə son qoymaq məqsədilə həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə təmasları davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevdə mühüm danışıqlar aparıblar. Onlar sentyabrın 5-də Kremldə Putinlə 3 saatdan çox davam edən görüş keçirib, ertəsi gün isə Kiyevdə Zelenski ilə bir ərsəyə gəliblər.
Ağ Evin rəsmi nümayəndəsi Moskvada növbəti həftələrdə elan ediləcək konkret addımların müzakirə olunduğunu bildirib. Nümayəndələrin səfərindən sonra həm Rusiya, həm də Ukrayna ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını bəyan ediblər.
“AzPolitika.info”


Şərhlər