Menu

Ukrayna Britaniya səfirini öldürmək istəyib? - FSB iddia edir

10.09.2026, 11:49
Ukrayna Britaniya səfirini öldürmək istəyib? - FSB iddia edir

Ukrayna Rusiyadakı Britaniya səfirinə qarşı terror aktı təşkil etməyi planlaşdırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatı yayılıb.

Moskvadakı Britaniya səfirliyini qoruyan təşkilatda işləyən və FSB-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə əməkdaşlıq edən 45 yaşlı Rusiya vətəndaşının həbs olunduğu bildirilir. İddia olunur ki, həmin şəxs Britaniya səfiri Naycel Keysi və diplomatik missiyanın digər nümayəndələrinə hücumların hazırlanması üçün istifadə edilməsi planlaşdırılan məlumatlar toplayırmış.

Saxlanılan şəxsin diplomatların ünvanlarını, səfirliyin təhlükəsizlik sistemi və orada keçirilən tədbirlər haqqında məlumat verdiyi iddia edilir. FSB qeyd edib ki, Rusiya vətəndaşı "Apostol Dmitri" təxəllüsü ilə tanınan ukraynalı bloqer Dmitri Karpenkodan təlimat alıb. O isə öz növbəsində SBU adından hərəkət edib.

FSB qeyd edib ki, plan terror hücumlarından sonra Böyük Britaniyanı birbaşa silahlı münaqişəyə cəlb etmək, Ukraynaya silah təchizatını artırmaq və Moskvaya qarşı sanksiyaları sərtləşdirmək üçün məsuliyyəti Rusiyanın üzərinə atmaq olub.

Saxlanılan şəxsə qarşı dövlətə xəyanət (Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi) maddəsi ilə cinayət işi açılıb və hazırda ilkin istintaq aparılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol