Menu

Diqqətsizlik piyada keçidində faciəyə səbəb olacaqdı - VİDEO

10.09.2026, 15:21
Diqqətsizlik piyada keçidində faciəyə səbəb olacaqdı - VİDEO

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə piyada keçidlərinə yaxınlaşarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı xəbərdarlıq edib.

"AzPolitika" xəbər verir ki, NİİM-dən sürücülər piyada keçidlərinə yaxınlaşdıqda ilk növbədə müvafiq yol nişanlarına diqqət yetirməli, avtomobilin sürətini azaltmalı və sərt əyləcdən istifadə etməməli olduqları bildirilib.

Həmçinin sürücülərə təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə olunub.

Qeyd olunub ki, bu qaydalara əməl edilməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

"Qəzaların baş verməməsi həm də sizdən asılıdır", - deyə mərkəzdən vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol