Sentyabrın 10-u günortadan sonra Rusiya Ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Kiyevin Qoloseyevski rayonunda “Ukrnafta” şirkətinə ait yanacaqdoldurma məntəqəsinə (YDM) zərbə endirib.
“AzPolitika” xəbər verir ki, zərbə nəticəsində güclü yanğın baş verib. Hadisə yerindən yayılan görüntülərdən YDM-in demək olar ki, tamamilə məhv edildiyi görünür. Kiyev şəhər hakimiyyətinin verdiyi məlumata görə, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını ala biliblər.
Eyni zamanda, sentyabrın 10-da Rusiya hərbçiləri Dnepr şəhərindəki müəssisələrdən birinə iki dəfə zərbə endiriblər. Hücum nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kiyev vilayətində də Rusiya hücumları nəticəsində insan tələfatı qeydə alınıb. Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, kütləvi zərbələr nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Zərbələr nəticəsində Buçansk rayonunda fərdi evlər zədələnib, Fastovski rayonunda mərmi qəlpələri ветеринария klinikasına və fərdi yaşayış evinə zərər vurub, Obuxov rayonunda isə anbar binasında yanğın baş verib.
“AzPolitika.info”


Şərhlər