Menu

"Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub" - SEPAH

10.09.2026, 22:09
"Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub" - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu açıqlayıb.

Bu barədə IRIB xəbər verib.

Onun sözlərinə görə, ABŞ ordusuna məxsus "Saildrone" adlı pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında hədəfə alınıb.

SEPAH komandanı bildirib ki, Hörmüz boğazı bağlanıb və İran qüvvələrinin kəşfiyyat nəzarəti və "ağıllı idarəetməsi" altındadır.

"İstənilən düşmənçilik xarakterli hərəkət hədəfə alınacaq", – deyə Əzmayi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol