Menu

“Bunlara görə cavab verməlisiniz!” - “30 illik müstəqilliyi olan bir ölkədə”

11.09.2026, 13:47
“Bunlara görə cavab verməlisiniz!” - “30 illik müstəqilliyi olan bir ölkədə”

"Ölkə məktəblərinin 90%-nin ya yenidən tikilməsinə, ya da təmir olunmasına ehtiyac var. Biz məktəblərin xarabalıqları üzərində bir sistem qurmağa çalışırıq. 30 illik müstəqilliyi olan bir ölkədə 1000 məktəbə necə ehtiyac ola bilər?".

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, müxalifətin Ermənistanda təhsilin keyfiyyəti ilə bağlı tənqidlərini qəbuledilməz adlandırıb. Paşinyan bildirib ki, əvvəllər müəllimlərin şərəfinə “tostlar səsləndirilirdi”, çünki onlar seçki saxtakarlığını təşkil etmək üçün istifadə olunurdu.

““Liska”nın (keçmiş Sünik qubernatoru Suren Xaçatryanın ləqəbi – red.) elmlər doktoru olduğu bir ölkədən nə gözləyirsiniz? Deyəsən, Qaqik Tsarukyan da kitab müəllifidir. Bu hay-küy nədir? Bütün bunlara görə cavab verməlisiniz. Daşnaklar və Ermənistan Respublika Partiyası məktəbləri seçki saxtakarlığı və korrupsiya üçün platformaya çeviriblər. Məktəblərimizdə hələ də problemlər var; onlarda cahillik aşılayan direktorlar və müəllimlər var. Mən artıq nazirə bu kütləni məktəblərdən yığışdırmağı tapşırmışam. İzahatlarla maraqlanmıram. Belə direktorlar işdən çıxarılmalıdır və onların sayı onlarladır. Buna görə də deyirəm ki, bizə inqilab lazımdır”, - deyə Paşinyan bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol