Menu

Rusiyanın Arktikada gizli silah təlimi pozulub – NATO ölkələrindən sensasiyalı əməliyyat

11.09.2026, 14:49
Rusiyanın Arktikada gizli silah təlimi pozulub – NATO ölkələrindən sensasiyalı əməliyyat

NATO müttəfiqləri bu ilin yazında Rusiya sualtı qayıqlarının Arktika sularında kritik sualtı kabelləri iz qoymadan sıradan çıxara bilən gizli silahın tətbiqini məşq etməsinin qarşısını alıblar.

“AzPolitika” xəbər verir ki, bu barədə "Reuters" agentliyi qərb rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, əməliyyat Rusiya Müdafiə Nazirliyinin Baş Dərin Dəniz Tədqiqatları İdarəsi (şərti adı GUGİ) tərəfindən yeni texnologiyanın tətbiqini simulyasiya etmək üçün dərin dəniz aparatlarının iştirakı ilə həyata keçirilib.

Böyük Britaniya, Norveç və ABŞ-nin birgə keçirdiyi əməliyyat nəticəsində Rusiya gəmiləri izlənilib. Nəticədə Rusiya tərəfi təlimləri başa çatdıra bilməyərək ərazini tərk etmək məcburiyyətində qalıb. Qərb rəsmiləri bildirib ki, bu təlimlər NATO ilə olası münaqişə zamanı texnologiyanın tətbiqini modelləşdirməyə yönəlib.

Dəniz dibindəki kabellər internet və maliyyə əməliyyatları üçün həyati əhəmiyyət daşıdığından strateji hədəf hesab olunur. Xüsusilə Şpitsbergeni kontinental Norveçlə birləşdirən və dünyanın ən böyük peyk stansiyası olan "SvalSat"dan məlumat ötürən 1.400 kilometrlik iki xətt xüsusi diqqət mərkəzindədir.

Norveçin müdafiə naziri Ture Sandvikimn sözlərinə görə, birgə əməliyyat Rusiyanın gizli hərəkət etməsinin qeyri-mümkünlüyünü göstərib. O bildirb ki, kritik infrastruktura hücum cəhdləri aşkar edilərək cəzalandırılacaq.

Hadisə zamanı heç bir kabelə zərər dəyməyib, təlimlər simulyasiya səviyyəsində qalıb. Kreml insidenti şərh etməkdən imtina etsə də, London və Vaşinqton GUGİ-yə qarşı sanksiyalar tətbiq edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol