Menu

"ABŞ İran xalqının təslim olmasını istəyir" - Pezeşkian

11.09.2026, 21:53
"ABŞ İran xalqının təslim olmasını istəyir" - Pezeşkian

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanların olmamasına görə təslim olsun, ancaq İran xalqı təslim olmayacaq", - o bildirib.

Pezeşkianın sözlərinə görə, Vaşinqton müharibəni düzgün formada aparmır:

"Əgər bunlar müharibə adamıdırsa, hərbçilərlə savaşsınlar; xalqın çörəyi, dolanışığı və infrastrukturu ilə nə işləri var? Niyə xalqın su və qida yolunu bağlayırlar?".

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol