Menu

Günəşlidə qazılmış yollar həftələrdir asfaltlanmır - Sakinlərdən narazılıq

12.09.2026, 10:45
Günəşlidə qazılmış yollar həftələrdir asfaltlanmır - Sakinlərdən narazılıq

Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində yolların asfalt örtüyü qaşındıqdan sonra ərazidə təmir işləri tamamlanmayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.

Sakinlərin sözlərinə görə, Günəşli qəsəbəsinin girişində və qəsəbəni Babək prospekti ilə birləşdirən yolda asfalt örtüyü qaşınaraq götürülüb, lakin iki həftədən çox vaxt keçməsinə baxmayaraq, yeni asfalt döşənməyib.

Sakinlər bildiriblər ki, hazırda yollarda toz-torpaq və çınqıl çoxluq təşkil edir, bəzi hissələrdə isə böyük çuxurlar yaranıb.

Onların sözlərinə görə, Günəşlidə digər yollarda da vəziyyət olduqca bərbaddır.

Bildirilib ki, problemin miqyası yalnız qəsəbə daxilindəki küçələrlə məhdudlaşmır.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol