Menu

Şirvanda oğurluq edən şəxs saxlanıldı

12.09.2026, 12:47
Şirvanda oğurluq edən şəxs saxlanıldı

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

"AzPolitika" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.

Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol