Menu

Həmsədr, tərəfləri öhdəlik götürməyə çağırır

08.01.2015, 19:02

uorlik“Tərəflərin 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı öhdəlik götürməsi çox vacibdir”.

Bunu APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick son günlər cəbhə xəttində müşahidə olunan gərginliyi şərh edərkən deyib.

O bildirib ki, həmsədrlər münaqişənin həllində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyələrdə tərəflərlə işi davam etdirəcək və qarşılıqlı tədbirlər, gərginliyin azalmasına apara bilər-deyə o vurğulayıb.

Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol