Menu

İran ABŞ-yə 7 şərt göndərib

12.09.2026, 22:04
İran ABŞ-yə 7 şərt göndərib

İran vasitəçilərlə ABŞ-yə yeddi şərt göndərib ki, Hörmüz boğazının açılması bunların yerinə yetirilməsindən asılıdır.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"İran Hörmüz boğazının açılması üçün vasitəçilərlə ABŞ-yə yeddi şərt göndərib və İran İslam Respublikasının yüksək hakimiyyət orqanları tərəfindən təsdiqlənən bu yeddi şərt yerinə yetirilənə qədər Hörmüz boğazı bağlı qalacaq. Beləliklə, İran və Oman arasındakı razılaşma Hörmüz boğazının açılması demək deyil", - mənbə qeyd edib.

Onun sözlərinə görə, boğazın açılması tamamilə Vaşinqtonun hərəkətlərindən asılıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol