Menu

Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq

13.09.2026, 17:27
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq

Suriya ilə Türkiyə arasında əməkdaşlıq strateji xarakter daşıyır və son vaxtlar iki qonşu ölkə arasında 40-dan çox saziş imzalanıb.

"Report" xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Yaxın vaxtlarda ikitərəfli ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmaq niyyətindəyik", - deyə diplomat bildirib. O qeyd edib ki, Dəməşq və Ankara enerji sahəsində də hərtərəfli saziş imzalamağı planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol