Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov (Əhdi) və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.


Şərhlər