Menu

Bakı metrosunda problem - Qatarda nasazlıq yaranıb

14.09.2026, 08:59
Bakı metrosunda problem - Qatarda nasazlıq yaranıb

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

Belə ki, qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.

Şahidlər metronun Qara Qarayev stansiyasına girişin dayandırıldığını bildiriblər. Bəzi stansiyalarda isə sərnişinlərin qatarlardan düşürüldüyü qeyd olunur.

"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, "İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.

Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.

Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol