Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.
Hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər