Azərbaycan Dövlət Aqrar Universiteti bir sıra dekan və kafedra müdiri vəzifələri üzrə müsabiqə elan edib.
“AzPolitika” xəbər verir ki, sözügedən ali məktəbdə vakant vəzifələri aşağıdakılardır:
1. Aqrotexnologiya fakültəsinin dekanı;
2. Aqronomluq fakültəsinin dekanı;
3. Ümumi və xüsusi zootexniya kafedrasının müdiri;
4. Bitkiçilik kafedrasının müdiri;
5. Maliyyə və mühasibat uçotu kafedrasının müdiri;
6. Əczaçılıq kafedrasının müdiri;
7. Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri;
8. Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri;
9. Qida mühəndisliyi və şərabçılıq kafedrasının müdiri;
10. Energetika və elektrik mühəndisliyi kafedrasının müdiri.
Mövcud qaydalara müvafiq olaraq müsabiqədə iştirak etmək üçün sənədlər elan dərc olunduğu gündən 1 ay müddətində qəbul edilir.


Şərhlər
1990- 1995 ci illərdə indiki Aqrar Universitetin Zoomühəndislik fakültəsini bitirmişəm.Aqrar elmlər üzrə fəlsəfə doktoruyam.2005 ci ildən Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif qurumlarında çalışmışam.Ümumi və xüsusi zootexniya kafedrasının müdiri müsabiqəsində iştirak etmək istəyirəm.Tel 051 477 57 99 sv məlumatlarımı Sizə göndərirəm.