“İranın tələbləri yerinə yetirilməyincə, heç bir danışıq olmayacaq. Nöqtə!”.
“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla İran Ali Təhlükəsizlik Şurasının katibi Möhsen Rezai çıxış edib.
“X”-dəki paylaşımında Rezai bilıdirib ki, ABŞ Prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarına rəğmən, İran öz tələbləri yerinə yetirilməyincə danışıqlar aparmaq niyyətində deyil.
O, Trampın "ziddiyyətli siqnallarına" əhəmiyyət verməməyə çağırıb: "Neft və boğazlar ətrafındakı “stavkalar” dəyişib. Vəziyyəti xilas etmək cəhdləri gələcəkdə baş verəcək hadisələrin qarşısını ala bilməyəcək".
Qeyd edək ki, bundan öncə Donald Tramp İran hakimiyyətinin ABŞ ilə razılığa gəlmək istədiyini iddia etmişdi.
"Dağılmaqda olan İran çarəsiz şəkildə razılaşma və bunun mümkün qədər tez bir zamanda həyata keçirilməsini istəyir. ABŞ-nin bunda iştirak edib-etməyəcəyinə qərar verəcəyəm ", - deyə Amerika lideri TruthSocial-da bildirib.
Tramp həmçinin, İranla yalnız Vaşinqtona sərf edən bir razılaşma əldə etməyə hazır olduğunu demişdi.
“AzPolitika.info”


Şərhlər