Əgər Kiyevin tərəfdaşları Rusiyanın Ukrayna energetikasına, vacib mülki infrastrukturuna, qida və əczaçılıq anbarlarına, liman infrastrukturuna və logistikasına hücumlara son qoyulacağına zəmanət versələr, Kiyev Rusiya neft emalı zavodlarına zərbə endirməkdən çəkinməyə hazırdır.
“AzPolitika” xəbərverirki, belə birbəyanatlaUkraynaPrezidentiVolodimirZelenski çıxış edib.
“Telegram”-dakı paylaşımında Zelenski bildirib ki, razılaşma etibarlı, uzunmüddətli olmalı və Rusiyanın həqiqi şəkildə ona riayət etməsini təmin etməlidir.
O əlavə edib ki, Kiyev Moskvanın belə bir razılaşmaya riayət etmək istəyindən əmin deyil və buna görə də tərəfdaşlarından onun həyata keçirilməsini təmin etmək üçün konkret mexanizm təqdim etmələrini gözləyir.
Preident əlavə edib ki, Rusiya qoşunları hər gün Ukraynanın enerji, liman infrastrukturuna, logistikasına və digər vacib mülki obyektlərinə hücum edir: "Rusiyanın zərbələri əsasən bunlara qarşı yönəlib".
Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, Kiyev qarşılıqlı hava zərbələrində mümkün fasilənin qısa müddətli olmasını istəmir. İstəmir ki, Rusiya sadəcə Dövlət Duması seçkiləri ərəfəsində benzin və dizel yanacağı çatışmazlığı ilə bağlı gərginliyi müvəqqəti olaraq azaltmaq üçün razılaşmadan istifadə etsin: "Müharibə bitməlidir. Kritik infrastrukturlara qarşı gərginliyin azaldılması sülhə doğru ilk addım ola bilər".
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında hava hücumları ilə bağlı razılaşma əldə edildiyini bəyan etməsindən sonra verilib. Tramp "Truth Social"da yazıb ki, Kiyev Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb və Moskva da oxşar öhdəlik götürüb. O, həmçinin bildirib ki, qlobal dizel yanacağının qiymətlərinin artması əsasən ABŞ-İran müharibəsi deyil, Rusiya - Ukrayna müharibəsi ilə bağlıdır.
Rusiya tərəfi hələlik Trampın iddiasına və Zelenskinin bəyanatına rəsmi münasibət bildirməyib.
“AzPolitika.info”


Şərhlər