Menu

“Çevik”lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

15.09.2026, 11:11
“Çevik”lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Sosial şəbəkələrdə “Çevik” kimi tanınan Məqsəd Bağırovla birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli olub.

“AzPolitika” “Unikal”a istinədən xəbər verir ki, M.Bağırova Cinayət Məcəlləsinin 283.1-ci, K.Bilalova isə 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Elan edilmiş ittihama əsasən, Bilalov Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.

Qeyd edək ki, M.Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol