Sentyabrın 15-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Hücum ölkənin bir çox regionlarını, o cümlədən paytaxt Kiyev, Odessa və Volın vilayətlərini əhatə edib.
Kiyev Şəhər Hərbi Administrasiyası və mer Vitali Kliçkonun verdiyi məlumata görə, düşmən PUA-larının hücumu nəticəsində paytaxtın bir neçə rayonunda dağıntılar və yanğınlar qeydə alınıb. Belə ki,
Darnitsa və Qoloseyev rayonlarında PUA-ların yanacaqdoldurma məntəqələrinə (YDM) çırpılması nəticəsində güclü tüstülənmə və yanğın təhlükəsi yaranıb. Obolonda anbar binalarına, Solomenskidə isə qeyri-yaşayış tikililərinə zərbələr dəyib.Son məlumatlara görə, paytaxtda xəsarət alanların sayı 6 nəfərə çatıb, yaralılardan 2-sinin vəziyyəti ağırdır.
Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper mülki infrastruktura - yaşayış evlərinə, liman və nəqliyyat obyektlərinə zərbələr endirildiyini bildirib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Rusiya Müdafiə Nazirliyi isə Çernomorsk limanında quru yük gəmisi və bərəni, eləcə də Böyük Balkada lojistik mərkəzi vurduğunu iddia edir.
Dövlt Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Voln vilayətində Avropadan gələn hərbi yüklərin daşındığı dəmir yolu infrastrukturu hədəf alınıb və zərbə nəticəsində teplovozda yanğın baş verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya tərəfindən buraxılan 200 PUA-dan 187-si hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Müharibə zonalarındakı qarşılıqlı iddiaların müstəqil mənbələr tərəfindən operativ təsdiqlənməsi mürəkkəb olaraq qalır.
“AzPolitika.info”


Şərhlər